"Təqaüdə ağlaya-ağlaya gedirlər"
    • 29-03-2024, 13:43
    • 518

"Təqaüdə ağlaya-ağlaya gedirlər"

Neft sahəsində 65 yaşda adamları təqaüdə göndərəndə ağlaya-ağlaya gedirlər. 65 yaşda mütəxəssislər təzə müdafiə edib elmi dərəcə alır. Onları təqaüdə göndərəndə getmək istəmirlər. Eləcə də tibb sahəsində həkimlər həmin yaşda təqaüdə getmək istəmir. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, 65 yaşda auditoriyaya girib dərs deyən müəllim 30 yaşındakı mütəxəssisdən daha keyfiyyətli mühazirə keçə bilər və illərlə qazandığı təcrübəni daha yaxşı tələbələrə çatdıra bilər.

Qumral