Twitter-də xüsusi porno bölməsi yaradılır– ŞOK
    • 29-03-2024, 17:35
    • 160

Twitter-də xüsusi porno bölməsi yaradılır– ŞOK

Twitter kimi də tanınan X sosial şəbəkəsi yalnız erotik və pornoqrafik məzmuna həsr olunacaq icmaların yeni alt bölməsini sınaqdan keçirir. 

News24.az xəbər verir ki, bu barədə TechCrunch məlumat yayıb.

İcmalar 2021-ci ildə Twitter-də fəaliyyətə başlayıb. Onlar Reddit-dəki subredditlərə, yəni müxtəlif mövzularda məzmun kateqoriyalarına bənzəyirlər. Twitter-də porno bölməsi çox güman ki, NSFW olaraq etiketlənəcək. 

Tədqiqatçı Daniel Buchuk qeyd edib ki, Twitter NSFW bölməsi üzərində işləyir. Buçuk Twitter müştərisinin ən son versiyasını tərs mühəndisləşdirərkən kodda bu prosesin sübutunu tapdı. O, həmçinin ilkin NSFW interfeysinin skrinşotunu yaratmağa nail olub - digər bölmələrdən fərqli olaraq yenisinin adı qırmızı hərflərlə yazılacaq.

Bildirilir ki, Twitter yeganə populyar sosial şəbəkədir ki,  o hər cür formatı dəstəkləyir. NSFW bölməsi böyüklər üçün məzmun istehsalçılarına öz şəkillərini və videolarını pul qazanmağa imkan verməli idi. Beləliklə, Twitter OnlyFans platformasına rəqib ola bilər.

Mehriban Mirzəzadə