Terrorda şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanıldı
    • 30-03-2024, 19:26
    • 105

Terrorda şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanıldı

Fransa polisi məktəbdə terror aktı hazırlamaqda, habelə təhsil müəssisəsinin işçilərini ölümlə hədələməkdə şübhəli bilinən 16 yaşlı yeniyetməni saxlayıb.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb.

“Yeniyetmə Bordo yaxınlığında Senon kommunasındakı evində saxlanılıb. O, təhsil müəssisəsini terror aktı ilə, müəllimləri və liseyin rəhbərliyini ölümlə hədələməkdə şübhəli bilinir", - məlumatda deyilir.

Bildirilir ki, məktəbli günahını qismən etiraf edib.