Rüşvətə görə həbs olundu
    • 31-03-2024, 21:44
    • 237

Rüşvətə görə həbs olundu


Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları Çuvaşiyanın baş nazirinin müavini Pavel Danilovu rüşvət almaqda şübhəli bilinərək saxlayıblar.

News24.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, məmur artıq xidmətdən kənarlaşdırılıb və hazırda polis bölməsindədir.

Jurnalistlər Danilovun onunla birlikdə saxlanılan Çuvaşiya Respublikasının İxtisaslaşdırılmış İpoteka Korporasiyasının direktoru Aleksey Antonovdan rüşvət aldığını iddia edirlər.

Əlavə məlumat verilmir.//unikal