Azərbaycanlı jurnalist Afrikada öldürüldü, cinayət işi açıldı
    • 1-08-2018, 09:59
    • 1 189

Azərbaycanlı jurnalist Afrikada öldürüldü, cinayət işi açıldı

Mərkəzi Afrika Respublikasında mərhum teoloq və politoloq Heydər Camalın oğlu rusiyalı jurnalist Orxan Camal və iki həmkarının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.  
 
 MAR-da qətlə yetirilən rusiyalı jurnalistlərin sənədli film çəkmək üçün bu ölkəyə Mixail Xodorkovskinin “Araşdırmaların İdarə olunması Mərkəzi” tərəfindən göndərildiyi məlum olub. 
 
Jurnalistlərin olduğu avtomobil Sibut şəhəri yaxınlığındakı blokpostlardan birinin qarşısında naməlum silahlı şəxslər tərəfindən saxlanılaraq gülləbaran edilib.

Qeyd edək ki,Orxan Camal tanınmış islamşünas, ermənilərlə debatlarda Azərbaycanı uğurla müdafiə edən Heydər Camalın oğludur. Heydər Camal əslən Ağdamın Gülablı kəndindəndir.

News24.az