73 milyon müştərinin şəxsi məlumatları yayıldı
    • 1-04-2024, 12:08
    • 240

73 milyon müştərinin şəxsi məlumatları yayıldı

ABŞ-da yerləşən çoxmillətli telekommunikasiya şirkəti AT&T-nin 73 milyon keçmiş və indiki müştərisinin şəxsi məlumatlarının internetə sızdığı açıqlanıb.

News24.az xəbər verir ki, sızan məlumatlar arasında ünvanlar, sosial təminat nömrələri və parollar var. 

Şirkət, sözügedən məlumatların oğurlandığına dair heç bir dəlil aşkar etmədiklərini, lakin kibertəhlükəsizlik mütəxəssislərinin vəziyyəti araşdırdıqlarını bildirdi.

Günel Məlikzadə