Əfsanəvi kəşfiyyatçısı öldürüldü - FOTO
    • 2-04-2024, 11:27
    • 165

Əfsanəvi kəşfiyyatçısı öldürüldü - FOTO

Zelenskinin ən yaxşı səhra kəşfiyyatçısı kimi tanınan ukraynalı zabit Vladimir Qizimçuk həlak olub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə hərbi müxbir Ruslan Tatarinov bildirib.

“Zelenskinin görkəmli səhra kəşfiyyatçısı, leytenant Vladimir Qizimçukun öldürülüdüyünü elan edirik. O, öz dəstəsi ilə birlikdə Ternı yaxınlığında pusquya salınaraq məhv edildi...”, – Tatarinov Telegram-da yazıb.

Bundan əlavə, jurnalist ukraynalı komandir Andrey Kanivetsin öldüyünü də xəbər verib. “Artilleriya batareyasının komandiri Andrey Kanivetsin ölümü ilə bağlı məlumat daxil olub. Bir versiyaya görə, o, avtomobildə baş verən partlayış nəticəsində ölüb və boynu sınıb, başqa bir versiyaya görə, daha yüksək rütbəli zabitlər tərəfindən öldürülüb”, - məlumatda deyilir.