Maşının əyləcləri sıradan çıxdı: 4 iş yerinə çırpıldı
    • 2-04-2024, 20:30
    • 114

Maşının əyləcləri sıradan çıxdı: 4 iş yerinə çırpıldı

Kayserinin Yahyalı məhəlləsində yük maşınının əyləci sıradan çıxıb.

News24.az xəbər verir ki, bunun nəticəsində tərs hərəkət edərək 10 nəqliyyat vasitəsini və 4 iş yerini vuraraq, təxminən 50 metr sonra dayana bilib.

Qeyd edək ki, hadisə zamanı iş yerləri və avtomobillərə ziyan dəyib, xəsarət alan olmayıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Günel Məlikzadə