"Hücumun əmrini verənləri tapacağıq"
    • 2-04-2024, 21:30
    • 132

"Hücumun əmrini verənləri tapacağıq"

Rusiya prezidenti Vladimir Putin, Daxili İşlər Nazirliyi rəsmiləri ilə keçirdiyi görüşdə Moskvada baş verən və 144 nəfərin ölümünə səbəb olan hücumla bağlı “Sifariş verənlərə mütləq tapacağıq” deyib.

News24.az xəbər verir ki, Putin, "Biz bir ölkə olaraq böyük bədəl ödədik. Vəziyyətin təhlili son dərəcə obyektiv və peşəkar olmalıdır" dedi.

Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. ABŞ rəsmiləri hücumun şəbəkənin Əfqanıstan qolu olan Xorasan tərəfindən həyata keçirildiyini göstərən kəşfiyyat məlumatlarına malik olduqlarını bildiriblər.

Qeyd edək ki, Rusiya hücum edənlərin Ukrayna ilə əlaqəsi olduğuna dair sübutların olduğunu açıqlayıb.

Kiyev bunu təkzib edərkən, ABŞ bunu cəfəngiyat adlandırdı.

Günel Məlikzadə