Almaniyanı 20 min fil göndərməklə hədələdi
    • 3-04-2024, 09:22
    • 456

Almaniyanı 20 min fil göndərməklə hədələdi

Masisi Bild qəzetinə verdiyi açıqlamada Almaniya hökumətinin Afrikadakı fil populyasiyasını qorumaq üçün ov materialları və ləvazimatlarının satışını qadağan etmək təşəbbüsünü tənqid edib.

News24.az xəbər verir ki, təxminən 130 min filin yaşadığı Botsvanada qorunma işləri nəticəsində fil populyasiyasının partladığına diqqət çəkən Masisi, fil sürülərinin mülklərə və məhsullara zərər verdiyini, insanların ölümünə səbəb olduğunu ifadə etdi.

Masisi, ovun fil populyasiyasına nəzarət etmək üçün təsirli bir üsul olduğunu qeyd edərək, "Berlində oturub Botsvanadakı problemlərimiz haqqında fikir sahibi olmaq çox asandır" dedi.

Botsvananın indiki fil sayını azaltmaq üçün Anqolaya artıq 8 min fil verdiyini xatırladan Masisi, fil populyasiyasını qorumaq üçün fəaliyyətlərə davam etsələr, Almaniyaya 20 min fil göndərə biləcəklərini ifadə etdi.

Masisi bunun zarafat olmadığını vurğulayaraq, “yox” cavabını qəbul etməyəcəklərini bildirib.

Günel Məlikzadə