Bu ölkə Almaniyanı 20 min fillə hədələdi
    • 3-04-2024, 18:31
    • 116

Bu ölkə Almaniyanı 20 min fillə hədələdi

Botsvana prezidenti Mokvetsi Masisi Almaniyaya 20 min fil göndərməklə hədələyib.

News24.az  xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

“Fil sürüləri insanları tapdalayır, əkinləri məhv edir, kəndləri viran qoyur. Berlində oturub Botsvanadakı problemlərimiz haqqında fikir bildirmək çox asandır. Almaniya Afrikadakı filləri qorumaq təşəbbüslərini irəli sürməyə davam edərsə, Botsvana ölkəyə 20 min fil göndərəcək”, - deyə o bildirib.

Mehriban Mirzəzadə