Kimya zavodunda DƏHŞƏTLİ PARTLAYIŞ, 5 ÖLÜ
    • 3-04-2024, 19:14
    • 143

Kimya zavodunda DƏHŞƏTLİ PARTLAYIŞ, 5 ÖLÜ

Hindistanın cənubundakı Telanqana əyalətindəki kimya zavodunda güclü reaktor partlayışı baş verib. 

News24.az xəbər verir ki, bu barədə NDTV yerli hakimiyyət orqanları məlmat yayıb.

Məlumata görə, 5 nəfər həlak olub, dağıntılar altında daha 8-10 nəfər qalıb. Yerli rəsmilər partlayış zamanı binada 50-yə yaxın insan olduğundan zərərçəkənlərin sayının arta biləcəyini qeyd edib.

Qeyd edək ki, stansiyada daha bir reaktorun partlaya biləcəyi ilə bağlı qorxular var. Səlahiyyətlilər yaxınlıqdakı ərazilərdən insanları təxliyə etməyə başlayıb.

Mehriban Mirzəzadə