"Bu regionumuzda gedən proseslərə ciddi təsir edəcək"
    • 5-04-2024, 11:13
    • 167

"Bu regionumuzda gedən proseslərə ciddi təsir edəcək"

Bu gün Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üç tərəfli görüşü keçirilir. Bu regionumuzda gedən proseslərə ciddi təsir edəcək. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Elman Nəsirov deyib. 

«ABŞ dövlət katibi Antoni Blinken və Avropa İttifaqı səviyyəsində İlham Əliyevə zəng edib narahatlıqlarını izah ediblər. Birləşmiş Millətlər səviyyəsində, Avropa İttifaqı səviyəsində İlham Əliyevin nüfuzuna böyük hörmət var. Bu zənglərin məna və mahiyyətini bu cür qiymətləndirmək lazımdır. Bugünkü görüşdə guya ki iqtisadi məsələlər, Ermənistandakı islahatlarla bağlı məsələlər müzakirə ediləcəyi deyilsə də, əslində görüşün mahiyyətində Ermənistana dəstək, hərbi təlim keçirilməsi, sərhəddə infrastruktur qurulması, Ermənsitana hərbi maliyyə yardımı müzakirə edilir. Bu məsələrin müzakirəsi regiona sülh gətirmir», - deyə deputat əlavə edib.

Qumral