Fələstin İsraillə danışıqlara HAZIRDIR
    • Bu gün, 10:23
    • 43

Fələstin İsraillə danışıqlara HAZIRDIR

Fələstin bölgədəki vəziyyəti həll etmək üçün sülh konfransı zamanı İsraillə yekun status danışıqlarına hazır olduğunu bildirib. 

News24.az xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas RİA Novosti ilə söhbətində danışıb.

Dövlət başçısının sözlərinə görə, Fələstin regiondakı münaqişənin siyasi yolla həlli və İsrailin Qəzza zolağında mövcudluğuna son qoymaq üçün öz baxışını və yol xəritəsini hazırlayıb.

Prezident əlavə edib ki, sözügedən yol xəritəsi altı ərəb ölkəsi tərəfindən bəyənilib və baxılmaq üçün ABŞ, Aİ və BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edilib.

Fələstin Prezidentinin qeyd etdiyi kimi, bu qərarın icrası çərçivəsində Fələstin Qəzza zolağında öz funksiyalarını yerinə yetirməyə hazırdır. Eyni zamanda, Fələstin tərəfi yəhudi dövlətinin düşmənçilik hərəkətlərini dayandırmağı zəruri hesab edib.

Məryəm İlhamqızı