Məscidə basqın etdilər
    • 5-04-2024, 20:00
    • 150

Məscidə basqın etdilər

İsrail polisi səhər namazından sonra "şüarların səsləndirilməsi" səbəbi ilə Məscidül-Əqsanın həyətinə pilotsuz uçuş aparatından (PUA) gözyaşardıcı qaz atıb.

News24.az xəbər verir ki, Ramazan ayının son cümə günü on minlərlə müsəlman səhər namazını qılmaq üçün işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə axışıb.

Qüds İslam Vəqfləri İdarəsindən verilən açıqlamaya görə, Əqsada səhər namazını 65 min nəfər qılıb.

Sosial mediada paylaşılan görüntülərə görə, səhər namazından sonra bir qrup Məscidül-Əqsa daxilində “Qanımızla, canımızla sənə gəlirik, Əqsa” şüarları səsləndirib. İsrail polisinin PUA-sı bu hissəyə havadan gözyaşardıcı qaz atıb. Məscidül-Əqsada onlarla insan qazdan zərər çəkib və ərazidə qısa müddətli döyüş olub.

Günel Məlikzadə