Tanınmış rejissor dünyasını dəyişdi
    • 6-04-2024, 10:00
    • 152

Tanınmış rejissor dünyasını dəyişdi

Bir çox serial və filmə rejissorluq edən türkiyəli rejissor Engin Temizer 76 yaşında vəfat edib.

News24.az Demokrat.az-ın məlumatına istinadən xəbər verir ki, kədərli xəbəri rejissor Temel Gürsu açıqlayıb. 

O bildirib ki, illərdir bir çox filmlərdə birgə çalışdığı kino işçisi Engin Temizer qəfil vəfat edib. 

“İllərlə bir çox işdə birgə çalışdığımız dostumuzu itirdik. Allah rəhmət eləsin, yaxınlarına səbr diləyirəm. Qardaşım, ruhun şad olsun. Qəbrin nurla dolsun”.

Qeyd edək ki, Engin Temizer 1949-cu ildə İstanbulda anadan olub. Pertevniyal liseyini bitirib. O, kinoya 1965-ci ildə quruluşçu rəssam kimi daxil olub.