Tayvanda baş verən zəlzələdə ölənlərin sayı artdı
    • 6-04-2024, 23:42
    • 196

Tayvanda baş verən zəlzələdə ölənlərin sayı artdı


Tayvanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 13-ə çatıb.

News24.az xəbər verir ki, bu barədə ölkə rəsmi məlumat yayıb.

Məlumata görə, itkin düşmüş 6 nəfərin axtarışları davam etdirilir. Zəlzələ nəticəsində xəsarət alanların sayı isə 1145-ə çatıb.

Qeyd edək ki, aprelin 3-ü Tayvan yaxınlığında 7,7 bal gücündə zəlzələ baş verib.//axar