Uşaqlarını bağçadan götürməyə gələn iki ata bir-birini güllələdi
    • 7-04-2024, 18:54
    • 239

Uşaqlarını bağçadan götürməyə gələn iki ata bir-birini güllələdi


Yekaterinburqda uşaqlarının bağçadan çıxmasını gözləyən iki kişi arasında atışma baş verib.

News24.az Lent.az-a istinadən bildirir ki, ilkin məlumata görə, atalardan biri yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarından bildirilib ki, həmin şəxs pnevmatik tapança ilə vurulub.

Daxili İşlər Nazirliyinin rəsmiləri hələlik atışmanın birbaşa uşaq bağçasının yaxınlığında baş verdiyini təsdiqləməyib.