Dilan-Engin Polat cütlüyündən YENİ XƏBƏR
    • 8-04-2024, 14:00
    • 193

Dilan-Engin Polat cütlüyündən YENİ XƏBƏR

Çirkli pulların yuyulması istintaqında həbs olunan fenomen Dilan Polat və əri Engin Polat həbsxanadan prokurorluğa cinayət işi qaldırıb.

News24.az Sabah-a istinadən xəbər verir ki, 2023-cü il noyabrın 1-də S.Y. şəxsi hesabında Polat ailəsini nəzərdə tutaraq "Əl qandallı lamagillər cinayət təşkilatı" kimi paylaşım edib.

Vəkilləri vasitəsilə sosial şəbəkələri skan edən Polat cütlüyü bu şərhi həbsxanadan prokurorluğa aparıb.

Hüquqşünaslar şərhin müəllifi S.Y.-ya qarşı təhqiramiz ifadələr işlətdiyi üçün şikayət ediblər.

Prokurorluq mövzuyla əlaqədar başlatdığı istintaqda qərarını verdi.

Prokurorluq Ali Məhkəmənin nümunəvi qərarına istinad edərək bildirib ki, müttəhimin öz hesabında paylaşdığı yazıda adlarını çəkmədən dediyi sözlərin kimə ünvanlandığını anlamaq mümkün deyilsə, təhqir cinayəti baş verə bilməz.

Bundan əlavə, prokurorluq şübhəlinin şərh verdiyi videonun altında çoxlu şərhlərin olduğunu, şübhəlinin paylaşımının digər şərhçilərə ünvanlandığının  aydın olmadığını, təhqir olunduğu iddia edilən yazıda ümumi ifadələrin olduğunu və heç bir sübutun olmadığını vurğulayıb.

Bu səbəblə faylın təqib edilməməsinə qərar verildi.

Günel Məlikzadə