Ərdoğanla Tramp arasında - Kritik müzakirə
    • 29-04-2019, 21:46
    • 1 008

Ərdoğanla Tramp arasında - Kritik müzakirə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon söhbəti olub.
News24.az Report”a istinadla xəbər verir ki, R.T.Ərdoğan söhbət zamanı Rusiya istehsalı olan “S-400” raket sisteminin idxalı üçün işçi qrupunun yaradılması təklifini irəli sürüb. İkitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparan tərəflər qarşılıqlı ticarət dövriyyəsini 75 milyard dollara çatdırmağı hədəflədiklərini bir daha ifadə ediblər.

Həmçinin Suriyadakı vəziyyət, terrorla mübarizədə bundan sonra da birgə əməkdaşlıq məsələləri müzakirə predmeti olub.
Türkiyə Prezidenti Kaliforniyanın San-Dieqo şəhərində törədilən terror hadisəsini pisləyərək ABŞ xalqına başsağlığı verib.