Lahmacuna görə silaha əl atdılar - VİDEO
    • 9-04-2024, 12:24
    • 172

Lahmacuna görə silaha əl atdılar - VİDEO

Türkiyədə iki nəfər pide və lahmacun hazırlanan məkana gələrək lahmacun yemək istədiklərini bildirib və iki lahmacun sifariş ediblər. 

News24.az xəbər verir ki, İstanbulun Sultagai rayonunda yerləşən məkanın sahibi iftarla bağlı işlərinin çox olduğunu və sifarişin gecikə biləcəyini deyib. 

Bunun üzərinə iki şübhəli iş yeri sahibi ilə mübahisə edib. Mübahisədən sonra həmin şəxslər məkanı tərk ediblər. 

İftardan sonra məkanın qarşısına gələn şübhəlilərdən biri silahını çıxararaq təsadüfi atəş açmağa başlayıb.

İş yerinin şüşələri sındırılıb işçilər arasında böyük çaxnaşma yaşanıb. Hücum edənlər hadisə yerindən qaçıblar.

Teymur MƏMMƏDOV