Tacir Şahmalıoğlunun qırmızı şalvarı  gündəm oldu
    • 9-04-2024, 14:36
    • 239

Tacir Şahmalıoğlunun qırmızı şalvarı gündəm oldu


Müğənni Tacir Şahmalıoğlunun toyların birinə geyindiyi qırmızı rəngli şalvarı ilə gündəmə gəlib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, sosial şəbəkədə müğənni geyiminə görə tənqid olunub.

Tacir onun şalvarını tənqid edənlərə sosial şəbəkə hesabı vasitəsi ilə cavab verib.  

O, “Burdan bəzi “ağıllılara” səslənirəm: Zəhmət olmasa, siz mənim geyimimə yox, sənətimə görə dəyər verin və qiymətləndirin. Qalanı uçun o gözəl beyninizi yormayın. Onu da əlavə etmək istəyirəm ki, kaş bütün qara şalvar geyinənlər kişi olardı” , sözlərini yazıb.