NATO Rusiya sərhədinin yaxınlığında qərargah yaradır
    • 10-04-2024, 08:42
    • 88

NATO Rusiya sərhədinin yaxınlığında qərargah yaradır


NATO quru qoşunlarının qərargahını Finlandiyada, Rusiya sərhədinin yaxınlığında yerləşdirməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu sözləri Finlandiyanın Norveçin müdafiə naziri Börn Arild Qram deyib.

O bildirib ki, qərargah Finlandiyanın Mikkeli şəhərində yerləşəcək. Oradan Rusiya ilə sərhədə qədər cəmi 140 kilometrdir. Hərbi bölmələr ABŞ-ın Norfolk əyalətindəki hərbi blokun qərargah komandirlərinə tabe olacaq.

Nazirin sözlərinə görə, qərargah döyüş hazırlığının artırılmasına cavabdeh olacaq və sutka ərzində işləyəcək. NATO-nun iyulda keçiriləcək sammitində yeni bölmənin yaradılması planları müzakirə olunacaq.