Muraddan 17 illik sevgi etiraf: “Həyatımın xanımı..
    • 10-04-2024, 14:42
    • 254

Muraddan 17 illik sevgi etiraf: “Həyatımın xanımı.."

Bəstəkar-müğənni Murad Arif ötən ilki konsertindən maraqlı paylaşım edib. O, 

"Həyat Yoldaşımsan" mahnısını oxumadan öncə  etirafı ilə diqqət çəkib: 

"Şəxsi həyatımı hər zaman gizlin saxlayıram. Evdə, ailə ilə çəkilişlərdən, müsahibələrdən, verilişlərdən uzağam. Mənim nəğmələrim əslində mənim şəxsi həyatımdır. Mənim hekayəmin görünməz qəhrəmanı var. Səhnədə enerjili, gülərüz, xoşbəxt görünürüksə, evə yorğun, qayğılı, bəzən pis ovqatda dönürük. O zaman bu mücadiləni, bu qayğıları mənimlə paylaşan odur. Onun üçün yazılır bütün nəğmələrim. Çox danışmayacağam. Həyatımın xanımı üçün səslənir "Həyat yoldaşımsan".

Könül