-
- 10-04-2024, 20:03
- 219
Böyük Britaniya Ukraynada zavod açır
Böyük Britaniya və Ukrayna müdafiə sənayesi sahəsində yeni əməkdaşlıq sazişi imzalayıb.
News24.az xəbər verir ki, Krallığın Biznes və Ticarət Nazirliyinin bəyanatında deyildiyi kimi, saziş Britaniya şirkətlərinə Ukrayna ərazisində təmir zavodları açmağa imkan verəcək.
“Gücləndirilmiş əməkdaşlıq nəticəsində Böyük Britaniyanın ən böyük müdafiə şirkətləri, Ukrayna Silahlı Qüvvələri və Ukrayna şirkətləri strateji hərbi təmir obyektlərinin yaradılmasından tutmuş mülki infrastrukturun bərpasına və kiberhücumlardan qorunmaq üçün texnologiyalardan istifadəyə qədər onlarla layihə həyata keçirə bilər”,- deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, Böyük Britaniyanın BAE Systems müdafiə şirkəti Kiyevə Ukrayna ərazisində təhvil verilmiş L119 yedəkli silahlara texniki qulluq və təmir üçün Böyük Britaniyanın Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.
Mehriban Mirzəzadə