Böyük Britaniyadan Ukraynaya daha 200 raket
    • 22-02-2024, 18:14
    • 102

Böyük Britaniyadan Ukraynaya daha 200 raket

Böyük Britaniya Ukraynaya daha 200 Brimstone dəqiq idarə olunan raketi təhvil verəcək.

News24.az xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps deyib.

"Bu gün mən Ukraynaya 200 Brimstone tank əleyhinə raketdən ibarət yeni yardım paketini təhvil verəcəyəm", - deyə o bildirib.

Şapps xatırladıb ki, yaxın gələcəkdə Kiyev də Londondan PUA-lar, elektron müharibə avadanlığı, minalardan təmizləmə və Ukraynaya Beynəlxalq Yardım Fondundan alınmış digər avadanlıqlar almalı olacaq. O, həmçinin bildirib ki, Böyük Britaniya NATO üzrə müttəfiqləri ilə birlikdə 2024-cü ilin birinci yarısında krallıqda 10 min Ukrayna Silahlı Qüvvələri əsgərinə təlim keçəcək. 

Mehriban Mirzəzadə