Maşınını konfet və oyuncaqlarla bəzədi - FOTO
    • 12-04-2024, 11:53
    • 238

Maşınını konfet və oyuncaqlarla bəzədi - FOTO

Ramazan bayramı davam edərkən Türkiyənin hər yerində ürəkaçan anlar yaşanıb.

News24.az xəbər verir ki, bunlardan biri də avtomobili üzərində oyuncaqlar, şarlar və şirniyyatlarla Taksim meydanında uşaqlara şokolad, konfet paylayan Şerif Macitin təşəbbüsü olub.

Avtomobilini bəzəklər, şarlar, konfetlər, şokoladlarla bəzəyən, uşaq, gənclərlə görüşən Şerif Macit uşaqların və ailələrin diqqət mərkəzində olub.

Park edilmiş konfetlə örtülmüş maşını və Supermeni görən uşaqlar həyəcanla maşına yaxınlaşaraq şokolad, konfet paylarını götürüblər.

Günel Məlikzadə