“Buyur, məni məhkəməyə verə bilərsən”
    • 21-05-2024, 10:46
    • 384

“Buyur, məni məhkəməyə verə bilərsən”

Aktrisa Sevinc Əliyeva paylaşımı ilə diqqət çəkib.

News24.az OLAY-a istinadla yazır ki, o, Bali səyahətində yaşadığı problemlə bağlı instaqramın hekayə bölməsində yazıb:

“Deməli, Balidə təsdiqlənən və pul ödənilən hotelləri daha aşağı səviyyəyə dəyişib və heç kəsə xəbərdarlıq etmədən məni və mənim kimi altı nəfəri Bali turuna qoşan tur rəhbərimiz bu gün ona qoyulan hörməti tamamilə sildi. Bəli, inanıb, çox istədiyim insan, hətta deyərdim, güvəndiyim insanlardan idi. Səyahət rəhbərliyi tərəfindən verdiyi açıqlamasından sonra hər kəsə hər şey aydın oldu və həmin xanımın apardığı qrupun aldadılması bəs deyilmiş kimi, orada başlı-başına tək qoyduğuna görə üzr istəmək əvəzinə, psixoloqumuzla gözəl bir şounun şahidi olduq. Hətta üzümə durub məni “dələduz” və “yalançı” sözlərinə görə məhkəməylə hədələdi. Buyur, indi məni və qalan altı nəfəri məhkəməyə verə bilərsən”, - deyə, Əliyeva bildirib.

Qeyd edək ki, Sevinc bir müddət öncə Bali səyahətinin stresli keçdiyi, yalanla üzləşdiyi ilə bağlı sosia media hesabında yazmışdı.