Şokolad qiymətləri kəskin şəkildə artacaq
    • 26-03-2024, 20:30
    • 478

Şokolad qiymətləri kəskin şəkildə artacaq

Bu il iki dəfə bahalaşan kakao yüksəlişini davam etdirərək tonu 10 min dolları keçib. Bu artımın il boyu şokolad qiymətini artıracağı gözlənilir.

News24.az xəbər verir ki, Qərbi Afrikadakı əlverişsiz hava şəraiti tədarük kəsirinin 3-cü ildə də davam edəcəyini göstərir. Ən böyük idxalçılardan biri olan Avropa Birliyində meşələrin qırılmasına səbəb olan məhsulların idxalına qoyulan məhdudiyyətlər qiymət artımında təsirli olur.

Nyu-Yorkda ən aktiv kontraktın ton başına qiyməti 4,5% artaraq 10 min 080 dollar oldu.

Mart ayında kakao qiymətlərində 50%-yə qədər artım yaşanarkən, bazar mütəxəssisləri qiymətlərin 10 min dollara qədər yüksələ biləcəyinə diqqət çəkib.

Bu artımın xərclərin istehlakçıya keçməsinə və şokolad qiymətlərinin artmasına səbəb olacağı gözlənilir.

Günel Məlikzadə