Daha bir ölkədə silahlı hücum : XEYLİ SAYDA ÖLƏN VAR
    • 13-04-2024, 15:30
    • 104

Daha bir ölkədə silahlı hücum : XEYLİ SAYDA ÖLƏN VAR

Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub. 

News24.az  xəbər verir ki, bu barədə News portalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən 1 km aralıda milli avtomobil yolunu bağlayıb. Nuşki komissarının müavini Həbibullah Musaxel bildirib ki, silahlı qüvvələr maşınları yoxlamağa başlayıb, dayanmayanlara atəş açıb. Atılan mərmilər nəticəsində avtomobillərdən biri aşıb. 

Yaraqlılar işçiləri daşıyan sərnişin avtobusunu da saxlayıb, 9 nəfəri qaçıraraq onlarla birlikdə yaxınlıqdakı təpələrin arxasına qaçıblar. Daha sonra səlahiyyətlilər 9 nəfərin hamısının cəsədinin yaxınlıqdakı körpünün altından tapıldığını bildiriblər. Onlar güllələnib.

Polis silahlı Bəluc separatçı təşkilatının üzvlərinin hücuma görə məsuliyyət daşıya biləcəyini bildirib. Təhlükəsizlik qüvvələri şübhəlilərin tutulması üçün bölgədə axtarış əməliyyatına başlayıb.

Mehriban Mirzəzadə