Küçəyə Xabinin adı veriləcək
    • 14-04-2024, 22:59
    • 264

Küçəyə Xabinin adı veriləcək


Almaniyada küçələrdən birinə "Bayer"in baş məşqçisi Xabi Alonsonun adı veriləcək.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Leverkuzendə “BAY Arena”nın yerləşdiyi küçəyə ispan məşqçinin adının verilməsi üçün işə başlanılıb. 

Qeyd edək ki, "Bayer" bu gün "Verder"i məğlub edəcəyi təqdirdə klub tarixində ilk dəfə Almaniya çempionu olacaq.