Kilsədə ayin zamanı bıçaqlanma - VİDEO
    • 15-04-2024, 15:31
    • 469

Kilsədə ayin zamanı bıçaqlanma - VİDEO

Avstraliyada növbəti dəfə bıçaqlı hücum olub.

News24.az xəbər verir ki, paytaxt Sidneyin qərbində çoxlu adamın bıçaqlandığı bildirilib.

Sosial şəbəkələrdə paylaşılan videoya görə, kilsədə bir yepiskop xütbə zamanı bir kişi tərəfindən bıçaqla hücuma məruz qalıb.

Hücumçu daha sonra kilsədəki digər insanları bıçaqlayıb.

Polis xəbərdən sonra bir nəfərin həbs olunduğunu açıqlayıb.

Günel Məlikzadə