"Meta" ÜZR İSTƏDİ
    • Bu gün, 13:15
    • 57

"Meta" ÜZR İSTƏDİ

Meta, Malayziyanın baş naziri Ənvər İbrahimin İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı başsağlığı verdiyi sosial media paylaşımlarını sildiyi üçün üzr istəyib. HƏMAS-ı "təhlükəli təşkilat" olaraq xarakterizə edən Meta, yazının "səhvən silindiyini" müdafiə edib.

News24.az xəbər verir ki, Meta sözçüsü "əməliyyat səhvinə" görə üzr istədiklərini və məzmunun "düzgün xəbər dəyər etiketi ilə" bərpa edildiyini söyləyib.

Xatırladaq ki, iyulun 31-də Ənvər Facebook və İnstaqramda Haniyənin ölümü ilə bağlı başsağlığı vermək üçün HƏMAS rəsmisi ilə telefon danışığının videoyazısını dərc edib. O, Haniyə ilə may ayında Qətərdə keçirdiyi son görüşdən fotonu da başsağlığı mesajı ilə paylaşıb. Lakin bu paylaşımlar Meta tərəfindən silinib.

Bu hadisədən sonra Malayziyanın Rabitə Naziri və Baş Nazirlik Aparatının üzvləri Meta nümayəndələrindən vəziyyətlə bağlı izahat tələb ediblər.

Məryəm İlhamqızı