Jon Bon Jovi musiqini tərk edə bilər
    • 15-04-2024, 19:45
    • 150

Jon Bon Jovi musiqini tərk edə bilər

80-ci illərin əfsanəvi adı Jon Bon Jovi musiqini tərk edə biləcəyinə işarə edib. Qrupun solisti Con Bon Covi 2022-ci ildə səs tellərindən əməliyyat olunub.

News24.az xəbər verir ki, səsini qorumaq üçün səs terapiyası almağa davam edən musiqiçi The Sunday Times qəzetinə danışıb:

"Bunu ilk dəfədir deyirəm. Yaxşı mahnı oxuya bilmirəmsə, bir vaxtlar olduğum adam ola bilmirəmsə, işim bitər. Bunu da dərd eləmərəm."

62 yaşlı Bon Covi, "Studiyada olmaqla yola düşmək arasında böyük fərq var. Yeni albom yazdıq.  Mən hər gün səs terapiyasında mahnı oxuyuram", - deyən Bon Covi iki saat yarım konsert vermək istədiyini bildirib. 

Günel Məlikzadə