Moskvadan Bakıya gələn şəxs təyyarədə ÖLDÜ
    • 15-04-2024, 18:39
    • 238

Moskvadan Bakıya gələn şəxs təyyarədə ÖLDÜ

Moskvadan Bakıya gələn təyyarədə sərnişin vəfat edib.

News24.az Modern.az-a istinadla bildirir ki, hadisə saat 13:45-də yola düşən təyyarədə baş verib.

"Heydər Əliyev Adına Beynəlxalq Hava Limanı"ndan saytımıza verilən açıqlamada məlumat təsdiq edilib.

Sorğuya cavab olaraq bildirilib ki, "Utair" aviaşirkətinin Moskva-Bakı reysini yerinə yetirən təyyarəsində sərnişin dünyasını dəyişib.

"1949-cü il təvəllüdlü kişinin meyiti təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etdikdən sonra müvafiq qurum nümayəndələrinə təhvil verilib", - məlumatda qeyd olunur.