17-ci əsrə aid birja binası yandı - FOTOlar
    • 16-04-2024, 13:43
    • 79

17-ci əsrə aid birja binası yandı - FOTOlar

Danimarkada tarixi binada yanğın baş verib. Paytaxt Kopenhagendə 17-ci əsrə aid tarixi birja binasında yanğının yerli vaxtla saat 08:00 radələrində başladığı öyrənilib.

News24.az xəbər verir ki, səbəbi hələ məlum olmayan yanğında alovla əhatə olunan binanın simvolik qülləsi məhv edilib.

Binadakı insanlar yanğından xilas olmağa çalışarkən içəridəki bəzi tarixi rəsmləri də çıxarıblar.

Danimarka mediası yanğın səbəbindən binanın yaxınlığındakı meydanın da boşaldıldığını yazıb.

Yerli sakin Henrik Qrec birja binasındakı yanğını 2019-cu ildə Fransanın paytaxtı Parisdəki Notr-Dam kilsəsində baş verən yanğınla müqayisə edərək, “Bu, bizim Notr-Damımızdır” deyib.

Günel Məlikzadə