Xəstəxanada kütləvi məzarlıq tapıldı
    • 16-04-2024, 14:26
    • 117

Xəstəxanada kütləvi məzarlıq tapıldı

Qəzza şəhərindəki Şifa xəstəxanasının həyətində kütləvi məzarlıq tapılıb.

News24.az xəbər verir ki, Qəzza hökumətinin Media Ofisi tərəfindən yayımlanan videoda İsrail əsgərlərinin basqın etdiyi Şifa xəstəxanasında görülən işlər yer alıb.

Videoda danışan Mutasım Salah, "Şifa Xəstəxanasında ilk kütləvi məzarlıq xəstəxananın ön bağçasında basdırılmış 10 cəsəd tapıldıqdan sonra aşkar edildi. Tapılan cəsədlərin bəziləri çürümüş, bəziləri isə parçalaradan ibarət idi. Bəzi cəsədlər qadınlara məxsus idi” dedi.

Kütləvi məzarlardan çıxarılan cəsədlər üzərində araşdırmalar bitdikdən sonra cəsədlərin şəxsiyyət və hüquqi prosedurlar tamamlandıqdan sonra torpağa veriləcək.

Onu da qeyd edək ki, səhiyyə mənbələri həmçinin xəstəxana bağçasında tapılan 10 cəsədin daha əvvəl İsrail əsgərləri tərəfindən öldürüldüyünü və xəstəxananın ön bağçasında nizamsız şəkildə basdırıldığını bildirib.

Günel Məlikzadə