Time jurnalı 2024-cü ilin ən nüfuzlu 100 adamını açıqlayıb - FOTO
    • 18-04-2024, 14:24
    • 118

Time jurnalı 2024-cü ilin ən nüfuzlu 100 adamını açıqlayıb - FOTO

Dünyanın ən önəmli jurnallarından biri olan Time Magazine 2024-cü ilin ən nüfuzlu 100 adamını açıqlayıb. 

News24.az xəbər verir ki, sənətçilərin siyahısında bəzi adlar belədir:

Dua Lipa

Alban əsilli britaniyalı müğənni “Radikal Optimizm” adlı yeni albomu, həmçinin Barbie filmindəki mahnısı və Argylle filmindəki rolu ilə adından söz etdirib.

Dev Patel

Aktyor hərəkət səhnələri və orijinal ssenarisi ilə tənqidçilərdən tam qiymət alan “Meymun adam” filmini idarə edib.

Cefri Rayt

Canlandırdığı rollara sadiqliyi ilə tanınan amerikalı aktyor “Amerika fantastikası” filmindəki performansı ilə təriflənib.

Sənətçilər kateqoriyasındakı digər adlar aşağıdakılardır: 

21 Savage, Alia Bhatt, Coenny Holzer, Colman Domingo, Da'vine Joy Randolph, Lauren Groff, Fantasia Barrino, Leslie Odom Jr., LaToya Ruby Frazier, Alex Edelman, James McBride, Brooks Headley.

İkonalar

İkonlar siyahısındakı adlar arasında avstraliyalı müğənni Kylie Minogue diqqət çəkib.

"Can't Get you Out of My Head", "Padam Padam", "Come Into My World" və "The Loco-Motion" kimi mahnıları ilə tanınan məşhur müğənni Kylie Minogue Time-ın ən nüfuzlu şəxslər siyahısına daxil olmağı bacarıb.

Sofiya Koppola

“Xaç atası” serialının rejissoru Frensis Ford Koppolanın qızı Sofiya Koppola Priscilla filmi ilə böyük uğur qazanıb.

Hayao Miyazaki

Yapon manqa və anime rəssamı Hayao Miyazaki nəvəsinə həsr etdiyi son filmi "The Boy and the Heron" sayəsində İkonlardan birinə çevrilməyi bacarıb.

Parkinson diaqnozu ilə bağlı açıqlamaları ilə tez-tez gündəmə gələn aktyor Elliot Peyc, musiqiçi Burna Boy, Michael J. Fox kimi adlar da Icons siyahısına daxil edilib.

TITANLAR

Time-ın 100 ən nüfuzlu adam siyahısına aparıcı Kelli Ripa, musiqiçi Cek Antonoff və Titanlar kateqoriyasında Formula 1 pilotu Maks Verstappen kimi adlar daxil edilib.

LİDERLƏR

Liderlər siyahısında rusiyalı müxalifət lideri Aleksey Navalninin həyat yoldaşı Yuliya Navalnaya, Polşanın baş naziri Donald Tusk, Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi naziri Marina Silva kimi adlar var.

NOVATORLAR

Yenilikçilərin siyahısına Nvidia-nın baş direktoru Censen Huang, aktrisa Maya Rudolf, dizayner Tory Burch və Loewe brendinin kreativ direktoru Conatan Anderson daxildir.

PİONERLƏR

100 ən nüfuzlu insan siyahısında öncüllər arasında Barbie filmi ilə Oskar mükafatına namizəd olmuş Amerika Ferrera, qanalı memar Lesli Lokko və kanadalı alim Yoşua Bengio da var.

Günel Məlikzadə