İnstagram-a yeni funksiya gəlir
    • 19-04-2024, 20:15
    • 137

İnstagram-a yeni funksiya gəlir

Bir zamanlar MSN fenomeni olan "Dürtmək" funksiyası indi Instagram dünyasına daxil olur!

News24.az xəbər verir ki, MSN tərəfindən 20 il əvvəl təqdim edilən və 'Salam' deməyin bir yolu kimi məşhur olan 'Poke' xüsusiyyəti indi Instagram'a gəlir. Instagram, kod tədqiqatçısı Alessandro Paluzzinin kəşf etdiyi kimi, istifadəçilərə bir-birini “dürtmək” imkan verəcək funksiyanı sınaqdan keçirir.

Instagram-ın bu yeni "poke" xüsusiyyəti istifadəçilərin qarşılıqlı əlaqəsini artıraraq sosial media təcrübələrini daha da fərdiləşdirməyi hədəfləyir. Instagram istifadəçi təcrübəsini yeni alətlər və süni intellekt inteqrasiyaları ilə daim yeniləməyə və zənginləşdirməyə davam edir.



Yeni funksiyanın tətbiqi ilə siz istifadəçi profillərində zəng düyməsinin yanında əl işarəsi ilə gələn poke funksiyasını görə biləcəksiniz. 

Günel Məlikzadə