Siçovul böhranı
    • 22-04-2024, 09:07
    • 126

Siçovul böhranı

Nyu-York meri Erik Adamsın sözlərinə görə, şəhərdə qripə bənzər xəstəliklərin artmasına siçan idrarı səbəb olur. Bələdiyyə rəhbərliyi şəhər sakinlərini son bir neçə ildə rekord səviyyədə artan xəstəliklərin qarşısını almaq üçün əməkdaşlığa dəvət edib.

News24.az xəbər verir ki, Nyu-York siçan populyasiyasına görə davamlı olaraq xəstəlik hallarının şahidi olub.

Şəhərin Səhiyyə Departamentinin məlumatına görə, son vaxtlar bu rəqəm artıb. Təkcə 2023-cü ildə 24 hadisə qeydə alınıb. Bu, bir il ərzində qeydə alınan ən yüksək rəqəmdir.

Günel Məlikzadə