Məşhur fenomenin ölümündə sirli detallar
    • 22-04-2024, 18:59
    • 139

Məşhur fenomenin ölümündə sirli detallar

"İşte Benim Stilim" adlı televiziya yarışması ilə məşhurlaşan adanalı sosial media fenomeni Yağmur Taktaş ABŞ-dakı evində ölü tapılıb.

News24.az xəbər verir ki, Taktaşın cansız bədəni ötən gün hava yolu ilə gətirildiyi Adanada Kabasakal qəbiristanlığında dəfn edilib.

Taktaşın ailəsi onun öldürülmüş ola biləcəyini iddia edərək vəkilləri vasitəsilə şikayət edib.

İşin istintaqı davam etdirilir.

Qeyd edək ki, Taktaşın ölümündən əvvəl anasına “Ölüm Türkiyəyə gəlir” dediyi ortaya çıxıb.

Onu da bildirək ki, Yağmur Taktaşın ölümündən sonra daha bir müəmmalı hadisə baş verib.

Gənc qadının 210 min izləyicisi olan İnstaqram hesabının profil şəklinin dəyişdirilməsi diqqət çəkib.


Günel Məlikzadə