51 nəfərin məzarına çevrilən bina
    • 23-04-2024, 15:01
    • 158

51 nəfərin məzarına çevrilən bina

Kahramanmaraş zəlzələlərində 51 nəfərin məzarına çevrilən Furkan Mənzilindəki səhlənkarlıq ekspertizanın rəyi ilə üzə çıxıb.

News24.az xəbər verir ki, bina ilə bağlı Karadəniz Texniki Universitetinin hazırladığı ekspertiza hesabatı açıqlanıb.

Ekspertiza rəyində vurğulanıb ki, binanın çökməsinə sütunların kəsilməsi səbəb olub.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə "ehtiyatsızlıqdan birdən çox şəxsin ölümünə və xəsarət almasına səbəb olma" cinayətinə görə 2 il 8 aydan 22 il 6 aya qədər həbs cəzası istənilib.

Günel Məlikzadə