-
- 26-03-2024, 15:00
- 375
Atəş açaraq toyu yasa çevirdi
Türkiyənin Bafra Ağır Cəza Məhkəməsində keçirilən prosesdə Ömər Yılmazın toyda atəş açaraq ölümünə səbəb olmaqda təqsirli bilinən Tuncay K. və tərəflərin vəkilləri iştirak edib.
News24.az xəbər verir ki, Tuncay K son müdafiəsində hadisədən təəssüfləndiyini, Yılmazı öldürmək niyyətinin olmadığını bildirib və mərhumun ailəsinə başsağlığı verib.
Məhkəmə təqsirləndirilən şəxsin “ehtiyatsızlıqdan mümkün qəsdən ölümə səbəb olma” cinayətinə görə 16 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, ötən il sentyabrın 2-də Bafra rayonunun Karpuzlu rayonunda keçirilən toyda Tuncay K-nin havaya atəş açması nəticəsində Ömər Yılmazın (34) başından güllə yarası alıb. Yılmaz aparıldığı xəstəxanada dünyasını dəyişib. Bir müddət sonra jandarmaya təslim olan Tuncay K həbs edilib.
Günel Məlikzadə