"Magnum" yeməyin - XƏBƏRDARLIQ
    • 24-04-2024, 11:50
    • 261

"Magnum" yeməyin - XƏBƏRDARLIQ

Britaniya mətbuatı Unilever-in “Maqnum Almond” dondurmalarında “plastik və metal hissəciklər olması ehtimalı” səbəbilə təcili olaraq geri çağırıldığı xəbərini yayıb.

News24.az xəbər verir ki, İrlandiya Qida Standartları Agentliyi məsələ ilə bağlı “Bütün pərakəndə satış mağazalarında bildirişlər asılacağını” bildirib.

Təsirə məruz qalan məhsullar supermarketlərdə üçdən çox paketlərdə satılan "Magnum" badamlı dondurmalardır.

Bu dondurmalar Böyük Britaniya istehsalıdır.

Qeyd edək ki, İrlandiya Qida Standartları Agentliyi rəsmi səhifələrində məsələ ilə bağlı ayrı-ayrı vaxtlarda (29.03.2024 - 17.04.2024) iki xəbərdarlıq yayımlayıb. Linklərə keçid edərək xəbərdarlıqlarla tanış ola bilərsiniz. (Magnum Classic 1, Magnum Almond 2)

MAGNUM-UN İLK AÇIQLAMASI

“Maqnum Türkiyə” “Maqnum dondurmalarının bir partiyasının geri çağırılması” və Qida Standartları Agentliyinin “yemək olmaz” xəbərdarlığına cavab verib.

Türkiyədə "Magnum" məhsulları üçün heç bir risk olmadığını ifadə edən "Magnum Türkiyə"nin açıqlaması belədir:

"Türkiyə "Magnum" məhsulları üçün heç bir risk olmadığını bildiririk. Biz bütün "Magnum stick" məhsullarımızı Çorlu və Konya fabriklərimizdə, beynəlxalq qida standartlarına uyğun, ən son texnologiya ilə təchiz edilmiş, insan təması olmadan istehsal edirik. Bütün sağlamlıq və gigiyena tədbirlərini təmin edərək, hazırda Türkiyədə istehsal olunan və satılan məhsullarımızda hər hansı bir risk yoxdur. Hər kəsin güvənlə yeyə biləcəyi qidaları təmin edirik. Böyük Britaniya və İrlandiyada istehsal edilən məhdud sayda "Magnum Almond" məhsulunda yaşanan vəziyyət Türkiyədə istehsal olunan və satılan heç bir "Magnum" məhsulu üçün problem yaratmır".

BƏS AZƏRBAYCANDAKI İSTEHLAKÇILAR ÜÇÜN TƏHLÜKƏ VARMI?

Azərbaycanda satılan "Magnum" dondurmaları istehlakçılar üçün heç bir təhlükə yaratmır. Bunun səbəbi satılan məhsulların Türkiyə istehsalı olub, oradan idxal edilməsidir. 

Ölkəmizin marketlərindəki bəzi Magnum dondurmaları:

Günel Məlikzadə