Bayden: İsrailin təhlükəsizliyi kritikdir
    • 25-04-2024, 13:03
    • 76

Bayden: İsrailin təhlükəsizliyi kritikdir

ABŞ prezidenti Co Bayden Vaşinqtonun müttəfiqləri üçün 95,3 milyard dollarlıq yardım qanun layihəsini imzaladıqdan sonra "İsrailə həyati dəstək" verməyə icazə verdiyini bildirib.

News24.az xəbər verir ki, qanun İsrail ordusu üçün təxminən 15 milyard dollar vəsait nəzərdə tutur.

Bayden, “İsrailin təhlükəsizliyi kritikdir. Mən həmişə əmin olacağam ki, İsrail İrana və dəstəklədiyi terrorçulara qarşı özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olsun”.

Günel Məlikzadə