İlon Mask Tesla-dakı yerini itirir?
    • 15-03-2024, 19:30
    • 296

İlon Mask Tesla-dakı yerini itirir?

Yeni sızmalar göstərir ki, "Tesla" rəhbərliyinin baş direktoru olan İlon Maskdan böyük narazılıq var. Bildirilir ki, Maskın radikal açıqlamaları, xüsusən də son zamanlar şirkəti maliyyə çətinliyi ilə üz-üzə qoymağa başlayıb.

News24.az xəbər verir ki, səhmləri sürətlə ucuzlaşmağa davam edən şirkət bu tendensiyaya qarşı heç bir tədbir görməsə, çox daha çətin günlər yaşaya bilər. Elektriklə işləyən avtomobil bazarındakı yavaşlama da bu mənada böyük təhlükə yaradır. 

"Tesla" rəhbərliyindəki bir çox insan səhm dəyərinin görünən azalmasına görə İlon Maskı günahlandırsa da, onlar məşhur sahibkardan qəribə sosial media paylaşımlarını azaltmasını istəyirlər. Maskın üzərinə düşən böyük məsuliyyəti tez-tez unutduğunu iddia edən bəzi idarəçilər, işini bir yerə toplaya bilməsə, onun baş direktor vəzifəsindən həmişəlik uzaqlaşdırılmasını tələb edirlər. Lakin şirkət üzərində böyük nəzarəti olan Maska bunu etmək hazırda mümkün görünmür.

Məşhur investor Ross Gerber mövzu ilə bağlı verdiyi son açıqlamada İlon Maskın ilk sosial media paylaşımlarının Tesla-nı reklam etdiyini və şirkətə böyük töhfə verdiyini müdafiə etdi. Bununla belə, məşhur sahibkarın son vaxtlar nəzarəti tamamilə itirdiyini söyləyən Gerber, CEO-nun daha ehtiyatlı olması lazım olduğunu bildirir.

Maskın Tesla-dan başqa bir süni intellekt layihəsi planlaşdırdığına dair bu yaxınlarda ortaya çıxan açıqlama bardağı taşıran son damla kimi görünür. Bütün bu inkişafların hara aparacağını qarşıdakı dövrdə görəcəyik.

Günel Məlikzadə