Avropa bu ölkə ilə bağlı kritik vəziyyət elan etdi
    • Dünən, 21:24
    • 59

Avropa bu ölkə ilə bağlı kritik vəziyyət elan etdi

Bir sıra Avropa İttifaqı (Aİ) ölkələrinin Macarıstanın Aİ Şurasına sədrliyini boykot etmək qərarı ittifaq daxilində vəziyyəti kritikləşdirib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) Almaniyadan olan üzvü Kristin Anderson bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyasının 2024-cü ildə Macarıstanın Aİ Şurasına sədrliyini boykot etmək qərarı Aİ-yə üzv dövlətlər arasında ciddi fikir ayrılıqlarına səbəb olub. Bir sıra dövlətlər boykota qoşuldular və onların nazirləri Budapeştin təşkil etdiyi toplantılara qatılmaqdan imtina etdilər.

İyulun 1-dən Macarıstanın Aİ Şurasına sədrliyi başlayıb. İyulun 5-də Kiyevə səfərindən sonra Macarıstanın baş naziri Viktor Orban Moskvaya gedib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Digər mövzularla yanaşı, onlar Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Qeyd edək ki, iyulun 8-də Macarıstanın baş naziri Pekinə səfər edərək, Budapeştin Aİ ilə Çin arasında əməkdaşlığın tərəfdarı olduğunu bildirib. Çindən sonra NATO sammiti üçün Vaşinqtona yollanan Orban daha sonra ABŞ prezidentliyinə namizəd Donald Trampla da görüşüb.