Avropa yeni “vəba” təhlükəsi ilə üzləşir
    • Dünən, 21:36
    • 54

Avropa yeni “vəba” təhlükəsi ilə üzləşir

Avropa İttifaqı ölkələrində fentanil narkotik maddəsinin geniş yayılması yeni “vəba” təhlükəsi yaradır.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasına müraciətində Avropa Parlamentinin İtaliyadan olan üzvü Paolo İnselvini yazıb. Siyasətçi qeyd edib: “Bu narkotik maddənin ucuz qiymətə satılmasını və bizim qitədə daha əlçatan olmasını nəzərə alaraq, “zombi narkotiki” adlanan fentanil Avropada yeni “qara vəbaya” çevrilə bilər.

İnselvini əlavə edib ki, Aİ ölkələrində narkotik maddələrdən istifadə hallarında artım müşahidə olunur. Deputat əlavə edib ki, artıq ABŞ-da nəzarətdən çıxmış problemə çevrilən bu həyəcanlı tendensiya Avropada milyonlarla insanın həyatının məhv edilməsi riski daşıyır.