Cənubi Afrika İsrailə qarşı əlavə tədbirlər tələb edir
    • 16-05-2024, 17:42
    • 203

Cənubi Afrika İsrailə qarşı əlavə tədbirlər tələb edir

Hollandiyanın Haaqa şəhərindəki Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı açılan soyqırım işinin yeni iclası başlayıb.

News24.az xəbər verir ki, Cənubi Afrika İsrailə qarşı əlavə müvəqqəti tədbirlər tələbindən sonra 2 günlük dinləmədə birinci söz alıb.

“Fələstin xalqı məhv edilməkdə davam edir” səbəbiylə Dünya Məhkəməsindən İsrailə qarşı əlavə tədbirlər tələb edən ölkə, İsrailin Rəfahdakı hərəkətlərinin Qəzzanın tamamilə məhv ediləcəyi bir oyunun tərkib hissəsi olduğunu açıqlayıb.

O, həmçinin bəyan edib ki, İsrail soyqırımı “yeni və dəhşətli mərhələyə” daxil olub.

İsrailin Qəzzada aparılan araşdırmalara mane ola bilməyəcəyini söyləyərək, "Özünü müdafiə etmək hüququ qeyri-məhdud şiddət və ya aclığı qanuniləşdirmə haqqı vermir" deyib.

Günel Məlikzadə