Müğənni səhnədə öldü
    • Bu gün, 13:54
    • 149

Müğənni səhnədə öldü

Rok müğənnisi Ayres Sasaki səhnədə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

News24.az xəbər verir ki, hadisə Braziliyanın Salinopolis şəhərində baş verib.

35 yaşlı müğənni Ayres Sasaki oteldə konsert verərkən telinə basdığı ventilyatorun elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Fəlakətin ifaçının səhnəyə islanmış halda çıxan pərəstişkarını qucaqlamasından sonra baş verdiyi bildirilir.

Polis ölümü araşdırır, lakin əlavə təfərrüatları açıqlamayıb.

Müğənninin ailəsi istintaq zamanı ətraflı şərh verməkdən imtina edib.

"Bizim bildiyimiz odur ki, onun şousu müəyyən vaxta planlaşdırılıb və irəli sürülüb", - müğənninin bibisi Rita Matos yerli mediaya deyib və əlavə edib ki, ailə hələ də "hər şeyin necə baş verdiyini anlamağa çalışır".

Konsertin keçirildiyi Solar Hotel müğənninin vəfatından kədərləndiyini bildirib.

Günel Məlikzadə